ABŞ Dövlət Departamenti Baydenin 24 aprel bəyanatını şərh edib

23:00 30-04-2021 289

ABŞ Dövlət Departamenti ölkə prezidenti Co Baydenin qondarma "erməni soyqırımı" ilə bağlı verdiyi bəyanatı şərh edib.

Qurum “Anadolu” agentliyinin sorğusuna cavab olaraq bildirib ki, Baydenin 24 aprel açıqlaması Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımır.

“ABŞ Prezidentinin son açıqlaması ABŞ məhkəmələrinin mülki yurisdiksiyası qarşısında Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımayıb. Bu hal Xarici Dövlət Toxunulmazlığı Qanunu ilə tənzimlənir”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, aprein 24-də ABŞ dövlət başçısı 1915-ci il hadislərini “erməni soyqırımı” adlandırıb. Baydenin açıqlaması həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətində ciddi narazılıqla qarşılanıb.