Siyəzəndə quşçuluq fabrikində yanğın olub

23:20 30-04-2021 27

Siyəzən rayonunda yanğın qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Beşdam kəndində, quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 1000 kvadrat metr olan dəmir konstruksiyalardan ibarət sexin şüşə-pambıqdan ibarət üzlüyü 700 kvadrat metr sahədə yanıb.

Sexin qalan hissəsi və digər sexlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.