Mars helikopteri növbəti sınaqda uça bilmədi

00:20 01-05-2021 28

Mars şəraitində uçuşlar üçün nəzərdə tutlan “Ingenuity” helikopteri naməlum səbəblərdən havaya qalxa bilməyib.

Bu barədə NASA-nın saytında xəbər verilib.

“Mars helikopteri ən iddialı dördüncü sınaq uçuşunda səthdən qalxmadı, lakin mütəxəssislər məlumatları öyrənir və tezliklə yenidən cəhd ediləcək”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, “Ingenuity” Marsda beş uçuş həyata keçirməlidir, sınaqlardan üçü uğurlu olub.