11 yaşlı uşaq yanğınsöndürənləri 17-ci mərtəbədə asılı qalaraq gözlədi - VİDEO

01:40 01-05-2021 560

11 yaşlı uşaq yanğınsöndürənləri  17-ci mərtəbədə pəncərənin karnizində gözləyib.

Bununla bağlı kadrları “RİA Novosti” yayımlayıb.

Məlumata görə, hadisə Rusiyanın Yekaterinburq şəhərində baş verib. Qatı tüstüdən boğulmamaq üçün məktəbli xilas yolunu karnizə çıxmaqda görüb. Hadisə yerinə gələn yanğınsöndürənlər qapını sındıraraq içəri daxil olublar və tənəffüs aparatının köməyi ilə uşağı mənzildən çıxarıblar.

Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.