Messi Pelenin rekordunu qırarkən geydiyi butsları satıb - FOTO

05:40 01-05-2021 444

Lionel Messi braziliyalı Pelenin bir klubda vurduğu qolların sayına görə rekordunu yeniləyərkən ayağında olan butsları hərrac vasitəsi ilə satıb.

Bu barədə “Christie’s” hərrac evindən məlumat verilib.

Məlumata görə, hücumçu idman ayaqqabılarını 125 min funta satıb.

Əldə olunan məbləğ Barselona şəhərindəki Vall d`Ebron universitet xəstəxanasının səhiyyə layihəsinə yönəldilib.