Avokadonun xərçəng əleyhinə faydası aşkar olunub

09:40 01-05-2021 471

ABŞ və Kanada alimləri avokadonun daha bir faydasını aşkar ediblər.

“Blood” elmi jurnalında dərc olunan məqalədə bildirilib ki, meyvənin tərkibindəki avokatin B maddəsi leykoz zamanı xərçəng hüceyrələrinin artmasına səbəb olan fermenti zərərsizləşdirir.

Alimlər ümid edirlər ki, bu kəşf qan xərçənginə qarşı yeni dərman vasitəsinin hazırlanmasında istifadə olunacaq.

Qeyd edək ki, avokado həm də orqanizmdəki xolesterini əridən vasitə kimi tanınır. Meyvə ürək fəaliyyəti üçün vacib olan kalium ilə zəngindir.