Bu gecə ilk Qədr gecəsidir - FOTO

11:00 01-05-2021 16

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının ikinci Qədr gecəsi mayın 3-də, üçüncüsü mayın 5-də və sonuncusu mayın 9-da olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. 

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb. 

Qeyd edək ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib.