“Tesla” elektrikli minivenini təqdim edə bilər
11:20 01-05-2021 352
Dünyanın ən böyük elektromobil istehsalıçısı olan “Tesla” şirkəti miniven buraxa bilər.
Bu barədə “Carbuzz” nəşri məlumat yayıb.
Məlumata əsasən, “Cybertruck” üslubunda hazırlanmış miniven artıq 2026-cı ildə təqdim oluna bilər.
Şərti olaraq “Cybervan” adlanan model 12 nəfər üçün nəzərdə tutulacaq.
Qeyd edək ki, minivenin istehsalı barədə ilk fikirlər hələ 2020-ci ildə şirkətin rəhbəri İlon Mask tərəfindən səsləndirilib.