Yaponiyada güclü zəlzələ baş verib

14:00 01-05-2021 404

Yaponiyanın Honsyu adasının şimal-şərq sahillərində 6.6 bal gücündə zəlzələ baş verib, ancaq sunami təhlükəsi yoxdur.

TASS-ın məlumatına görə, bu barədə Yaponiyanın Milli Meteoroloji İdarəsi məlumat verib.

Yeraltı təkanların episentri Miyagi prefekturası yaxınlığında qeydə alınıb. Zəlzələnin ocağı 60 km dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat verilməyib.

Güclü yeraltı təkanlar ölkənin bir sıra şimal-şərq və şərq bölgələrində, o cümlədən Fukusima, İbaraki, İvate, Tokio, Saytama, Tibada hiss edilib.