Şəmkirdə şəhidlərin xatirəsinə abidə inşa edildi - FOTO/VİDEO

18:00 01-05-2021 21

Şəmkir rayonunun Morul qəsəbəsində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq inşa olunub.

HerGun.Az-ın məlumatına görə, abidə-bulaq Aprel döyüşlərinin iştirakçısı olmuş, 12 yanvar 1993-cü il təvəllüdlü şəhid Əsgərov Təbriz Hamlet oğlunun və Vətən müharibəsi iştirakçısı olmuş, 30 aprel 1999-cu il təvəllüdlü şəhid Qədimov Ayxan Fikrət oğlunun xatirəsinə inşa edilib.

Bulağın açılışı şəhid Ayxan Qədimovun 22-ci yaş günü münasibətilə 30 aprel tarixində baş tutub.