Mövlud Çavuşoğlunun qırğız və tacik həmkarları ilə telefonla danışığı baş tutub

20:00 01-05-2021 22

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Ruslan Kazakbayev və tacik həmkarı Sirocidin Muhriddin ilə ayrı-ayrılıqda telefonla danışıb.

Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

M.Çavuşoğlu Türkiyənin iki ölkə arasında imzalanan atəşkəs razılaşmasından məmnun olduğunu ifadə edib.

Türkiyəli nazir deyib ki, ehtiyac olacağı təqdirdə Türkiyə hər iki ölkəyə dəstək verməyə hazırdır.

Xatırladaq ki, bu gün Qırğızıstan və Tacikistan arasında atəşkəs barədə razılıq əldə edilib.