Tacikistanın paytaxtında güclü partlayış baş verib - VİDEO

22:20 01-05-2021 407

Tacikistanın paytaxtı Düşənbə şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Partlayışın videosu “Tvzvezda” agentliyində dərc olunub.

Hələlik hadisənin səbəbi, həmçinin ölən və xəsarət alanlar barədə məlumat verilməyib.

Hadisə yerinə xilasetmə qrupları və təcili yardım briqadaları cəlb edilib.