Qırğızıstan və Tacikistan atəşkəs protokoluna imza atdı

00:20 02-05-2021 339

Bişkek və Düşənbə atəşkəs barədə razılığa gəliblər.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Qırğız Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşıyev tacik həmkarı Saymumin Yatimovla apardığı danışıqlardan sonra bəyan edib.

“Xalqlarımız çətin günlərini yaşayır. Ölkələrimiz faciə yaşadı. Bu işi görmək bizim üçün çətin idi. Buna baxmayaraq, dövlətlərimizin başçılarının tapşırığı ilə atəşi tamamilə dayandırmağa qərar verdik və bütün hərbi birləşmələri daimi yerləşim yerlərinə geri çəkilirlər”, deyə Kamçıbek Taşıyev vurğulayıb.

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri əlavə edib ki, danışıqlardan sonra dörd bənddən ibarət protokol qəbul edilib.