Sumqayıtda daha bir müəllim koronavirusun qurbanı oldu - FOTO

01:00 02-05-2021 398

Sumqayıtda müəllim koronavirusdan dünyasını dəyişib.

“Report” xəbər verir ki, Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin müəllimi Məsudə Səfərəliyeva COVID-19-dan vəfat edib.

M.Səfərəliyeva orta məktəbdə riyaziyyat fənnini tədris edib.

Qeyd edək ki, ötən gün İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Y.Cəbrayılova COVID-19-dan vəfat edib.