Azərbaycanlı futbolçu iki qol vurub Polşa klubuna qələbə qazandırdı

02:20 02-05-2021 368

Azərbaycanlı futbolçu Fuad Bayramov Polşa çempionatında iki qol vurub.

HerGun.Az-ın xəbərinə görə, 26 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi Polşanın KSZO klubu III Liqanın IV qrupunda autsayder "Hetman" komandasını 6:0 hesabı ilə darmadağın edib.

Darmadağının əsasını isə start heyətdə meydana çıxan Fuad qoyub. O, 12 və 45+1-ci dəqiqələrdə dubl edib.

Qeyd edək ki, Fuad Bayramovun martda mövsümün sonunadək müqavilə bağladığı KSZO klubu hazırda 47 xalla səkkizinci sıradadır.

Səbuhi Musayev