Lalədən küsülü olduğu Brilliant Dadaşovayla bağlı gözlənilməz addım

03:00 02-05-2021 28

Əməkdar artist Lalə Məmmədova 1990-cı illərdə məşhur olan mahnıları yenidən səsləndirib.

Axşam.az xəbər verir ki, layihədə müğənninin bir addımı diqqət çəkib. Belə ki, L.Məmmədova illərdir küsülü olduğu Xalq artisti Brilliant Dadaşovanın repertuarına müraciət edib. O, B.Dadaşovanın "Sənsiz olanda" mahnısını oxuyub.

"Zaurla Günaydın" proqramına qonaq olan L.Məmmədova layihənin müəllifinin stilist Elnur Həsənov olduğunu bildirib. "Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Brilliant Dadaşovanın 90-cı illərdə məşhur olan mahnılarını səsləndirdim. Əvvəlcədən hamıdan icazə alınıb" deyə, müğənni əlavə edib.