“Beşiktaş” rəqibini darmadağın etdi

05:00 02-05-2021 435

Futbol üzrə Türkiyə çempionatının 39-cu turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” doğma meydanda “Hatayspor”u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları 7:0 hesabı ilə məğlub edib. İstanbul təmsilçisinin qollarını Babayide David (öz qapısına, 2-ci dəqiqə), Kayl Larin (11, 14, 55, 65), Georges Kevin Nkoudou (38) və Rıdvan Yılmaz (44) vurublar.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 81 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 73 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 72 xala malik olan “Qalatasaray" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.