Hamilton Portuqaliya Qran-prisinin qalibi oldu - FOTO

20:40 02-05-2021 406

“Formula 1” çempionatının növbəti mərhələsi Portuqaliyada baş tutub.

HerGun.Az xəbər verir ki, “Alqarve” avtodromunda baş tutan sayca üçüncü mərhələnin qalibi “Mercedes” pilotu Luis Hamilton olub.

Yarışmada ikinci pilləni “Red Bull” komandasından Maks Ferstappen tutub. Finişə üçüncü çatan isə onun komanda yoldaşı Valtteri Bottas olub.

Qeyd edək ki, hazırda hesabında 69 xal olan Hamilton yarış cədvəlinə başçılıq edir. Trasın ötənilki qalibi də məhz o olub.