“Ayaks” 35-ci dəfə Niderland çempionu oldu

22:00 02-05-2021 407

Amsterdamın “Ayaks” klubu vaxtından əvvəl Niderland çempionu olub.

Sprots.ru xəbər verir ki, çempionatın 31-ci turu çərçivəsində “Emmen”i 4:0 hesabıyla məğlub edən paytaxt klubu mövsümün yekunlarına əsasən birinciliyini təmin edib.

“Ayaks”ın ən yaxın izləyicisi PSV sona üç tur qalmış liderdən 14 xal geri qalaraq, çempionluq ümidlərini itirib.

Qeyd edək ki, Amsterdam klubu artıq 35-ci dəfədir ki, ölkə çempionu adını qazanıb.

Xatırladaq ki, futbol üzrə Niderland yüksək liqasının ötənilki turniri pandemiya səbəbindən yarımçıq dayandırılıb. 2018/2019-cu illər mövsümündə isə çempion yenə də “Ayaks” olub.