Ağır çəkidə qitələrarası boks çempionu müəyyənləşib – FOTO

00:00 03-05-2021 530

Boks üzrə ağır çəki dərəcəsində Beynəlxalq Boks Təşkilatının (WBO) qitələrarası çempionu titulu uğrunda döyüş baş tutub.

Təşkilatın yaydığı məlumata əsasən, britaniyalı Derek Çisoro ilə yeni zelandiyalı Cozef Parkerin qarşıdurması sonuncunun qələbəsilə başa çatıb.

Mançesterdə keçirilən döyüş 12 raund davam edib. Parker hakimlərin qərarı ilə qalib elan olunub.

Qeyd edək ki, Parker 2016-2018-ci illərdə dünya çempionu titulunun sahibi olub. 29 yaşlı boksçu keçirdiyi döyüşlərin cəmi ikisində rinqi məğlub tərk edib. O, 28 qələbəsindən 21-ni nokautla qazanıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by WBO (@worldboxingorg)