Cəlilabadda avtomobil 41 yaşlı qadını vuraraq ağır xəsarət yetirdi

02:40 03-05-2021 340

Cəlilabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Yolu keçən 1980-ci il təvəllüdlü Vəliyeva Nişanə Ağakazım qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin onun vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin küt travması diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.