Messi cərimə zərbəsindən 50-ci qolunu vurdu - VİDEO

09:40 03-05-2021 480

Futbol üzrə İspaniya çempionatının 34-cü turunda “Valensiya” “Barselona”nı qəbul edib.

Oyun Kataloniya təmsiliçisinin 2:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Lionel Messi “Barselona”nın heyətində dubl edib, üçüncü qolu rəqib qapısından Antuan Qrizman keçirib.

Argentinalı hücumçu qollardan birini cərimə zərbəsindən vurub.

“Championat” xəbər verir ki, bununla da argentinalı ulduz futbolçu karyerasında cərimə zərbəsindən vurulan qolların hesabını 50-yə çatdırıb.

Qeyd edək ki, L.Messi həmçinin 28 topla İspaniya çempionatının bombardiridir.