Avropaya giriş qaydaları sadələşdirilir?

18:40 03-05-2021 380

Avropa Komissiyası üzv ölkələrə giriş qaydalarını sadələşdirməyi təklif edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bu gün Komissiya üzv ölkələri vaksinasiyada irəliləyiş və dünyadakı epidemioloji vəziyyətin yaxşılaşdırılması nəzərə alınmaqla Avropa İttifaqına səyahətlərdəki mövcud məhdudiyyətləri azaltmağa dəvət edir”, - deyə sənəddə qeyd olunur.

Bildirilir ki, yalnız əlverişli epidemioloji vəziyyəti olan ölkələrdən deyil, həm də səfərdən iki həftə əvvəl koronavirus peyvəndinin iki mərhələsindən keçənlərə də icazə verilməsi təklif olunub.

Belə olan halda peyvənd Avropa tənzimləyicisi tərəfindən təsdiqlənmiş olmalıdır.

Üzv dövlətlərin ÜST-nin təcili istifadə siyahısına daxil olan dərmanla vaksinasiya olunanlara da icazə verə biləcəyi açıqlanır.