İsveçrədə qan damlası əsasında COVID testi hazırlanıb

01:20 04-05-2021 21

İsveçrə alimləri bir damla qan və az miqdarda reagentlər əsasında insan orqanizmindəki koronavirusa qarşı anticismlərin səviyyəsini müəyyənləşdirən test hazırlayıblar.

“RİA Novosti” xəbər verir ki, bu barədə Lozanna Federal Politexnik Məktəbindən məlumat yayılıb.

Məlumata görə, bir ədəd testin maya dəyəri 60 sentdir.

Alimlər yeni testin sınaqlarını 155 nəfər üzərində aparıb və 98% dəqiq nəticələr əldə ediblər. Onlar bildiriblər ki, yeni texnologiyaların sayəsində yaxın gələcəkdə insanlar özləri müstəqil şəkildə koronavirusa görə test edə biləcəklər. Onların fikrincə, bunun üçün lazımi vasitələr tezliklə apteklərdə satışa çıxarılacaq.