Koronavirus laboratoriyasına çevrilən ölkə açıqlanıb

01:40 04-05-2021 360

Braziliya koronavirusun yeni növlərinin yaranması üçün “ideal laboratoriyaya” çevrilib.

“RİA Novosti” xəbər verir ki, bunu San-Paulu Universitetinin Tibb fakültəsinin professoru Dominqo Alveş bildirib.

Onun sözlərinə görə, ölkə hökuməti pandemiya ilə bağlı vəziyyəti nəzarətə ala bilmir.

Professor qeyd edib ki, bugünə kimi Braziliyada rəsmən aşkar olunan COVID-19 ştamları, əslində yalnız aysberqin görünən hissəsidir. Ölkədə bu virusun çoxsaylı naməlum mutasiyaları dolaşır və bu azmş kimi, yeni-yeni növlərin yaranması üçün də əlverişli şərait mövcuddur.