Attraksionun qəfil dayanması ilə uşaqlar bir-birlərinə çırpıldı: Səkkiz yaralı - VİDEO
06:40 04-05-2021 491
Qazaxıstanın Uralsk şəhərində əyləncə parkında bədbəxt hadisə baş verib. Belə ki, yüksək sürətlə dövr edən attraksionun qəfil dayanması nəticəsində uşaqlar bir-birlərinə çırpılıb.
Bu barədə “Uralskaya nedelya” xəbər yayıb.
Bildirilir ki, 5-10 yaşlı səkkiz uşaq yaralanıb. Onlara qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub.
Hadisənin səbəbləri ilə bağlı yoxlamalara başlanılıb.