Samuxda intihar edən gəncin kimliyi bəlli oldu - YENİLƏNİB

19:40 04-05-2021 327

Samux rayonunda intihar edən gəncin kimliyi bəlli olub. 

HerGun.Az xəbər verir ki, bu gün Qarayeri qəsəbəsində intihar edən şəxs 1997-ci il təvvəllüdlü Mustafayev Coşqun Mahir oğludur.

Onun hansı səbəbdən özünə qəsd etdiyi araşdırılır.

18:51

Samux rayonunda intihar hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Gənc oğlan özünü yaşadığı evdə asaraq intihar edib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.