Sakinlər müraciət etdi, Oxu.Az işıqlandırdı, “Azərişıq” problemi aradan qaldırdı – FOTO/VİDEO

20:40 04-05-2021 859

Zaqatalada işıq dirəyinin yarasız vəziyyətdə olması ilə bağlı məlumat yayılıb.

Bu barədə HerGun.Az-a sakinlər tərəfindən məlumat verilib.

İddia edilib ki, söhbət Zaqatala şəhəri Nizami küçəsindəki işıq dirəklərinin birindən gedir.

Sakinin sözlərinə görə işıq dirəyi uzun müddətdir bu vəziyyətdə qalıb:

“Aidiyyəti üzrə müraciət etsək də, cavab ala bilmirik. Vəziyyət təhlükəlidir, xahiş edirik məsələnin həllinə köməklik göstərəsiniz”.

Mövzu ilə əlaqədar “Azərişıq” ASC-yə müraciət etdik.

Sorğuya cavab olaraq bildirilib ki, həmin ünvana baxış keçirilib və sözügedən işıq dirəyi operativ şəkildə yenisi ilə əvəz olunub. Mövcud problem aradan qaldırılıb”.

Könül Cəfərli