Ebeko vulkanının külü üç kilometr yüksəkliyə çatıb

04:40 05-05-2021 367

Rusiyanın Şimali Kuril adaları ərazisində aktivləşən Ebeko vulkanı üç kilometr hündürlüyə kül sütunu püskürüb.

TASS agentliyi xəbər verir ki, bu barədə bölgənin (Saxalin əyaləti) Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib.

Rəsmi məlumatda şleyfin vulkandan şərqə doğru beş kilometr məsafədə yayıldığı bildirilir.