Gənclik fotosunu paylaşan Haluk Levent digər bir məşhura bənzədildi – FOTO

06:40 05-05-2021 24

Son günlərdə sosial mediada populyarlaşan gənclik fotosu paylaşımı trendinə daha bir tanınmış sima qoşulub.

“Haber Global”ın məlumatına görə, müğənni Haluk Levent özünün 20 yaşlarında ikən çəkilən şəklini “Twitter” səhifəsində dərc edib.  

“Aşiq filan olmayın amma” yazaraq fotosunu paylaşan ifaçının görüntüsü pərəstişkarları arasında müzakirələrə səbəb olub.

Bir çoxları onu Türkiyənin digər bir tanınmış müğənnisi olan Yılmaz Morgülə bənzədiblər.

Qeyd edək ki, Haluk Leventin “Twitter” səhifəsinin 4.8 milyon izləyicisi var.