Güclü külək Bakıda ağac və işıq dirəyini aşırdı - FOTO

09:20 05-05-2021 367

Bakıda güclü külək nəticəsində ağac aşıb.

HerGun.Az-ın məlumatına görə, hadisə Təhsil Nazirliyinin yaxınlığında baş verib. Külək nəticəsində qırılan ağac işıq dirəyini də aşırıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.

İlhamə Əbülfət