Bakıda koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı - SİYAHI + FOTO

11:20 05-05-2021 14

Paytaxt üzrə koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, statistik göstəricilərə görə, paytaxt üzrə qeydə alınan yoluxma hallarının 14,7 faizi Binəqədi rayonunun payına düşür.

Ardıcıllığa əsasən, yoluxma hallarına görə ikinci yerdə 13,4 % ilə Xətai rayonu qərarlaşır. 

Digər rayonlar üzrə isə Yasamalda 12,3 %, Sabunçuda 11,1 %, Nərimanovda 8,2 %, Suraxanı 8,2 %, Nəsimidə 7,9 %, Xəzərdə 7,1 %, Nizamidə 7 %, Səbaildə 5,1 %, Qaradağda 4,5 %, Pirallahıda isə 0,5 % yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 54,2 %-i Bakı şəhərində qeydə alınıb.