Meşədə çətənə bitkisi yetişdirən şəxs tutuldu - FOTO

12:00 04-06-2021 328

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Turist qəsəbə sakini Rauf Əlimuradov saxlanılıb.

Bu barədə HerGun.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı qəsəbə ərazisində yerləşən meşəlik əraziyə keçirilən baxış zamanı oradan R.Əlimuradov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş 142 ədəd çətənə kolu (kannabis) aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik tərkibli bitkiləri cari ilin aprel ayında əkdiyini və aqrotexniki qaydada qulluq edərək becərdiyini etiraf edib. 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.