İdmançılar enerji içkiləri ilə bağlı yalnış mesaj verir - RƏSMİ

23:40 04-06-2021 26

“Tanınmış şəxslərin enerji içkilərinin təbliğatında iştirakı məsələsi, xüsusilə də idmançıların bu içkiləri qəbul edərək güclənməsi istehlakçı mövqeyindən yalnış mesajdır”.

HerGun.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov danışıb.

O bildirib ki, xüsusilə də bu içkilər idmançılar üçün təhlükəlidir:

“Elmi araşdırmalar göstərir ki, ən çox ölüm halları idmançılar arasında baş verir. Çünki, həddən artıq istehlak qısa müddətdə gərgin enerji sərfiyyatı nəticədə insan orqanizmində riskli vəziyyət yaradır və ölüm hallarına gətirib çıxarır”.

Aparat rəhbəri qeyd edib ki, bu cəhətdən xüsusilə idmançılar mövcud nüanslara diqqət yetirməlidirlər.

Nigar Məmmədova