Türkiyədə koronavirusla bağlı son vəziyyət

00:00 05-06-2021 356

Tükiyədə son sutka ərzində koronavirusdan ölənlərin sayı 94 nəfər olub.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, iyunun 4-də ölkə üzrə verilmiş 224 681 COVID-19 testindən 6169-nun cavabı müsbət çıxıb.

Son 24 saat ərzində Türkiyədə 7617 nəfər virusdan sağalıb.

Qeyd olunur ki, hazırda ölkə xəstəxanalarında 1183 ağır koronavirus xəstəsi var.