“Haber Global”: 10 noyabrdan sonra 27 azərbaycanlı mina partlaması səbəbindən həlak olub - VİDEO

00:20 05-06-2021 608

Türkiyənin “Haber Global” saytı Qarabağda hərbi əməliyyatların sona çatdığı gündən bəri erməni minalarına düşərək həyatını itirmiş azərbaycanlılarla bağlı araşdırma aparıb.

Bildirilib ki, atəşkəs barədə 10 noyabr 2020-ci il razılaşmasından bu yana 20 mülki şəxs və 7 hərbçimiz işğaldan azad olunmuş ərazilərdə minaya düşərək həlak olub, 89 hərbçi və 29 mülki şəxs isə yaralanıb.

Bununla yanaşı, sayt son aylar ərzində mina partlaması nəticəsində həyatını itirmiş azərbaycanlı mülki şəxslər barədə qısa aftobioqrafik məlumatları dərc edib.