Rusiya əhalisi son dörd ayda 304.5 min nəfər azalıb

02:20 05-06-2021 397

Cari ilin ilk dörd ayı ərzində Rusiyada əhalinin təbii azalması 304.5 min nəfər təşkli edib.

Bu barədə ölkənin statistika komitəsi məlumat yayıb.

Məlumata əsasən, ötən ilin yanvar-aprel aylarında təbii azalma 158.3 min olduğu halda, 2021-ci ilin analoji dövründə bu göstərici az qala iki dəfə artıb.

İlin ilk dörd ayı ərzində ölkədə 447.6 min nəfər doğulub, 752.1 min nədər isə ölüb.