ABŞ mətbuatı: Türkiyə PUA-ları geopolitik mənzərəni yenidən formalaşdırır - VİDEO

05:00 05-06-2021 18

ABŞ-ın “The Wall Street Journal” nəşrində Türkiyə istehsalı olan silahlar barədə yazı dərc edilib.

“HaberGlobal” məlumat verir ki, məqalədə xüsüsən, Türkiyə istehsalı olan pilotsuz döyüş təyyarələrinin Suriya, Liviya və Qarabağdakı hadisələrdə həlledici rol oynadığını və geopolitik hadisələrə yeni yön verdiyi qeyd olunub.

Yazıda, Bayraktar TB2 pilotsuz döyüş aparatlarının imkanları təhlil edilib.

Qeyd olunub ki, tək və qrup halında uça bilən bu pilotsuz döyüş aparatları onlardan bahalı qiymətə təqdim edilən PUA-lardan daha böyük üstünlüklərə malikdir. 

“24 saat havada qalmaq iqtidarında olan bu pilotsuz döyüş aparatları hava hücumundan müdafiə sistemindəki boşluqları aşkar etmək, onların digər döyüş təyyarələrinin vurmasına şərait yaratmaq, həmçinin, raketlə atəş açmaq imkanlarına malikdir”,  - “The Wall Street Journal”dakı məqalədə vurğulanır.