İrqçilik edən azarkeş ömrünün sonuna qədər stadiona buraxılmayacaq

07:00 05-06-2021 358

Rəqib komandanın futbolçularına irqçi münasibət göstərən “Mançester Siti”nin azarkeşi məhkəmə tərəfindən cəzalandırılıb.

Bu barədə “Sky Sports” məlumat yayıb.

42 yaşlı fanat 2019-cu ilin dekabrında keçirilən “Mançester Siti”-“Mançester Yunayted” qarşılaşmasında  “qırmızı şeytanlar”ın futbolçularını təhqir edib.

O, rəqib komandanın oyunçularına qarşı qeyri-etik jestlər edib.

Azarkeşə üç il müddətində “Mançester Siti”nin oyunlarını stadiondan izləmək qadağası qoyulub.

“Şəhərlilər”in azarkeşi həmçinin İngiltərə millisinin ev oyunlarını keçirdiyi şəhərlərə də səfər edə bilməz.

Bundan əlavə, o, davranışına görə 850 funt sterlinq (2 min manat) cərimə olunub.

“Mançester Siti”nin azarkeşə qarşı çıxardığı qərar isə daha sərt olub. Belə ki, klubun azarkeşi ömrünün sonuna qədər “Mançester Siti”nin oyunlarına buraxılmayacaq.