“Haber Global”ın xəbər direktoru: “Kəlbəcərdə iki həmkarımızın həyatını itirməsi bizi kədərləndirdi” - VİDEO

22:20 05-06-2021 363

Ermənilərin minaladağı Azərbaycan ərazilərində iki azərbaycanlı jurnalistin mianaya düşüb həlak olması ilə bağlı məsələyə reaksiyalar gəlməyə davam edir.

Hadisəyə münasibət bildirən “Haber Global” televiziyasının xəbər direktoru Tuba Atav bildirib ki, Kəlbəcərdə iki həmkarının həyatını itirməsi onları dərindən kədərləndirib. 

Tuba Atav bildirib ki, bu hadisələrin təkrarlanmamsı üçün Ermənistan tərəfi dərhal və qeyri-şərtsiz minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməlidir.

T.Atav əlavə edib ki, mina təhlükəsi ilə təkcə o bölgəyə səfər edən Azərbaycan vətəndaşları və hərbçiləri deyil, həmçinin sözügedən ərazilərdə çalışan “HaberGlobal” televiziyasının və digər media qurumlarının əməkdaşları da qarşılaşa bilər.