Türkiyədə plastik tullantıların təkrar emalı müəssisəsində güclü yanğın baş verib - VİDEO
02:00 06-06-2021 454
Türkiyənin Adana vilayətinin Seyhan rayonunda yerləşən plastik tullantıların təkrar emalı müəssisəsində güclü yanğın baş verib.
“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, alov qısa müddətdə müəssisəsin bütün anbarı bürüyüb.
Əraziyə fövqəladə hallar xidmətinin xilasetmə qrupları cəlb edilib.
Ölən və xəsarət alanların, həmçinin yanğının hansı səbəbdən meydana gəlməsi barədə hələlik rəsmi məlumat verilməyib.