Azərbaycanlı gimnast Qahirədə keçirilən Dünya Kubokunda gümüş medal qazanıb - FOTO

10:20 06-06-2021 22

İdman gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Cavidan Babayev Qahirədə Qahirədə keçirilən Dünya Kubokunda uğurla çıxış edib.

Trend-in məlumatına görə, azərbaycanlı gimnast halqalarda hərəkətlərdə 14.300 xal toplayaraq gümüş medal qazanıb.

Qeyd edək ki, Qahirədə idman gimnastikası üzrə Dünya Kuboku 3-6 iyun keçirilir.