Azərbaycan Qran Prisində günün pilotu müəyyənləşdi - FOTO

19:20 06-06-2021 19

Formula 1 üzrə Azərbaycan Qran Prisinin ən yaxşı pilotunun adı açıqlanıb.

HerGun.Az xəbər verir ki, günün pilotu yarışın ikincisi olan “Aston Martin” komandasının pilotu Sebastyan Fettel olub.

Alman pilot podiuma çıxacağını gözləmədiyini bildirib:

“Bu gün möhtəşəm gündür! Bu, böyük məna kəsb edir. Xoşbəxtlikdən mən göylərdəyəm. Bakıya gələndə podiuma çıxacağımı gözləmirdim”.

Qeyd edək ki, yarışın qalibi Avstriyanın “Red Bull” komandasının meksikalı pilotu Serxio Peres olub.

Səbuhi Musayev