Ağdaşda avtomobil traktorun qoşqusuna çırpılıb – FOTO
19:40 06-06-2021 358
Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəs baş verib.
“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Yenicə kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
“Ford” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən, qarşısında hərəkətdə olan traktorun qoşqusuna çırpılıb.
Nəticədə “Ford”un sürücüsü ağır bədən xəsarəti alaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.