Azərbaycan Tokio Olimpiadasına daha bir lisenziya qazandı

23:20 06-06-2021 27

Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Bu uğura boksçu Məhəmməd Abdullayev imza atıb.

O, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində fərqlənib. +91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda ukraynalı Tsotne Roqavaya qalib gəlib.

Bu qələbə həm yarımfinala, həm də Tokio-2020-yə vəsiqə üçün yetərli olub.

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 27-ə çatıb. Abdullayev bu siyahıda beşinci boksçudur.

Onadək Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqes (81 kq) də bu hüquqa yiyələnib.