İsraildə artıq qapalı məkanlarda da maska taxılmayacaq

23:40 06-06-2021 423

İsraildə qapalı məkanlarda maska taxılması məcburiyyəti ləğv olunacaq.

“Haber Global”ın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Yuli Edelşteyn açıqlama verib.

O bəyan edib ki, gündəlik koronavirus statistikası hazırki səviyyədə qalmaqda davam edərsə, iyunun 15-dən etibarən artıq qapalı məkanlarda da tibbi maskalardan istifadə etməyə ehtiyac qalmayacaq və bu məcburiyyət ləğv olunacaq.

Qeyd edək ki, İsrail vaksinasiya templərinə görə dünyada birinciliyini qoruyub saxlayır.