Koronavirusun yayılmasını kanalizasiya vasitəsilə müəyyən edəcəklər

03:40 07-06-2021 340

Kanadalı alimlər tullantı sularının analizi vasitəsilə bu və ya digər bölgədə COVID-19-un yayılmasını müəyyən edəcək yeni alqoritm üzərində çalışırlar.

Bu barədə “CTVNews” məlumat yayıb.

Məlumata görə, kanalizasiya quyularına xüsusi cihazlar yerləşdiriləcək. Onlar insan ifrazatlarında SARS-CoV-2 genləri qalıqlarının olub-olmamasını yoxlayacaqlar. Müvafiq qalıqlar aşkar edildikdə cihaz laboratoriyaya siqnal göndərəcək. Daha sonra isə səhiyyə işçiləri özləri müvafiq quyudakı biomaterialları analiz edəcəklər.

Prosesin bir sutkadan artıq çəkməyəcəyi bildirilib.