Gömrükdən büdcəyə daxil olan vəsait azalıb

12:00 07-06-2021 441

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb.

HerGun.Az-ın Komitədən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin may ayında gömrük xətti ilə büdcəyə 347 milyon 635 min manat vəsait daxil olub.

Bu, əvvəlki ayın (aprel 2021-ci il) göstəriciləri ilə müqayisədə 6,3 faiz az, ötən ilin may ayı ilə müqayisədə isə 0,2 faiz azdır.

May ayı ərzində gömrük rüsumu üzrə 92 milyon 735,3 min manat, ƏDV üzrə 240 milyon 679,2 min manat, aksizlər üzrə 11 milyon 2,7 min manat, yol vergisi üzrə 3 milyon 217,8 min manat vəsait büdcəyə cəlb edilib.

İlin yanvar-may ayları ərzində gömrük xətti ilə büdcəyə 1 milyard 662 milyon 21,4 min manat vəsait köçürülüb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz azdır.

Qeyd edək ki, 2020-ci ilin yanvar-may ayları ərzində büdcəyə 1 milyard 696 milyon 108 min manat vəsait daxil edilib.

Nigar Məmmədova