“Məşədi Dadaş” məscidi fəaliyyətini dayandırıb? - AÇIQLAMA

16:40 07-06-2021 313

“Məşədi Dadaş” məscidi bağlanıb. 

HerGun.Az-ın məlumatına görə, vətəndaşlar ibadət üçün məscidə yaxınlaşdıqlarında girişin bağlı olduğunu görüblər. 

Məsələ ilə bağlı HerGun.Az-a açıqlama verən “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli məlumatı təsdiqləyib.

O bildirib ki, “Məşədi Dadaş” məscidində pandemiya dövründən təmir işləri başlayıb:

“Hələ pandemiya dövründə məscidlərin bağlı olduğu zaman təmir-bərpa işlərinə başlanılmışdı. Biz məscidlərin açılacağı bilmirdik. Bu səbəbdən də təmir işləri yekunlaşana qədər insanları qəbul etmək mümkün olmayacaq. Artıq neçə aydır təmir işləri başladığı üçün yarıda qoymaq qeyri-mümkündür. Təmir işlərinin hansı müddətdə yekunlaşacağı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Könül Cəfərli