Şəhidimizlə vida mərasimi keçirilir - FOTO

18:40 07-06-2021 361

Vətən müharibəsinin şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu Məsimov Əkbər Yunis oğlu ilə vida mərasimi keçirilir.

HerGun.Az xəbər verir ki, şəhid hərbçinin nəşi anadan olduğu Ağdaş rayonunun Qaradeyin kəndinə gətirilib.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Qeyd edək ki, Məsimov Əkbər Yunis oğlu 1994-cü ildə anadan olub.

Azərbaycan Ordusunun Məsimov Əkbər Yunis oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.Murovdağ istiqamətlərində gedən döyüşlərdə itkin düşüb.